Azərtunelmetrotikinti SC haqqında
Keçmiş SSRİ Nazirlər Sovetinin qərarına əsasən 20 yanvar 1949- cu ildə Bakı Metropoliteninin baş podratçısı “ Bakıtuneltikinti” idarəsi təşkil edildi. 1992- ci ildən 2000- ci ilədək “Azərtunelmetrotikinti” Dövlət Şirkəti, 2000- ci ildən hal- hazıra qədər “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərir. “Azərtunelmetrotikintn” SC bu günə qədər Bakı Metropoliteninin I, II və III növbələrinə daxil olan 23 stansiya, “Nərimanov” elektrik deposunu tikib istifadəyə vermişdir. “Azərtunelmetrotikinti” SC-nin işi ancaq Metropoliten xətlərinin, stansiyalarının inşası ilə bitmir. Kollektivin gücü ilə Azərbaycan dəmiryolunun Bakı- Naxçıvan xəttində, uzunluğu 413 və 1545 metr olan iki tunel tikilib istifadəyə verilmişdir Ətraflı »
Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 noyabr tarixli 34 nömrəli Sərəncamına uyğun olaraq Bakı şəhərinin sosial-iqtisadi həyatında müstəsna əhəmiyyətə malik olan Bakı Metropoliteninin daha da inkişaf etdirilməsini, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisini, əhalinin metro nəqliyyatı xidmətlərinə olan tələbatının ödənilməsini, qatarların hərəkətinin və sərnişindaşımanın təhlükəsizliyini, onun maddi-texniki bazasının gücləndirilməsini və infrastrukturunun yenidən qurulmasını, digər sərnişin nəqliyyatı növləri ilə müqayisədə rəqabət qabiliyyətinin yüksəldilməsini təmin etmək Ətraflı »

